Metal konstruksiya quraşdırıcısı

Full time
2000
azerbaijan 11.08.2017   Full time 2000

Metal konstruksiya quraşdırıcısı tələb olunur. Xarici dövlətdə tikinti sahəsinə metal konstruksiyaların quraşdırıcısı tələb olunur;

tələblər:

- cinsi bəy;
- yaş həddi 30-50 yaş arasında olmalı;
- müsabiqədən keçən namizədlərin xarici dövlətə aparılması xərcləri şirkət tərəfindən ödənilir;
- namizədlərin xarici pasportlarının və quraşdırıcı peşəsini təsdiq edən sertifikatlarının olması mütləqdir;
- seçilən namizədlərlə ilkin olaraq, texniki biliklərdən test edildikdən sonra müsahibə aparılacaqdır. Vəzifələri:

- quraşdırma, montaj və emal kimi metal konstruksiya işlərinin icrası üçün iş alətlərindən istifadəni bacarmalı; 
- verilmiş layihə cizgilərinə uyğun olaraq, tikinti sahəsində metal konstruksiyaların, gövdələrin yığılmasında və bərkidilməsində quraşdırıcı kimi təcrübəyə malik olmalı;
- ağır sənayedə metal konstruksiya sahəsində ən azı 5 il iş təcrübəsinin olması zəruridir;
- İşlə bağlı sadə çertyoj və planı oxumağı, izah etməyi bacarmalı; 
- əlavə iş vaxtında (bu saatlara görə 2 qat əlavə ödəniş şərti ilə) və növbəli iş rejimində işləmək imkanı olmalı. İş şəraiti;

- gündəlik 10 saatlıq iş rejimi;
- yataq və yemək xərcləri şirkət tərəfindən ödənilir;
- məvacib gündəlik 40 $ ;

Apply

loading...