Rieltor

Full time
azerbaijan 07.10.2017   Full time

Rieltor tələb olunur. Tələblər:

- cinsi bəy və ya xanım (fərq etməz);
- yaş həddi 24-50 yaş arasında olmalı;
- seçim zamanı xarici dil biliyi olanlara üstünlük verilir;
- tamah məqsədilə qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu olmamalı;

vəzifələri:

- daşınmaz əmlakın özəlləşdirilməsini, daşınmaz əmlakın satılmasını, alınmasını, daşınmaz əmlakın bölüşdürülməsini, daşınmaz əmlakın icarəyə verilməsini və daşınmaz əmlakın sığorta edilməsini bilməli;
- daşınmaz əmlak bazarının iştirakçıları və vəziyyəti haqqında proqnozların verilməsi; 
- bazarın vəziyyətinin təhlil edilməsi və öyrənilməsi prinsiplərini bilməli;
- müştərilərə aidiyyəti üzrə qanunvericilik sahəsində məsləhətin verilməsi; 
- daşınmaz əmlakın mülkiyyətçisi və yüklülüyü haqqında məlumatın verilməsi; 
- daşınmaz əmlak obyektləri haqqında reklamın təşkili; 
- sövdələşmələrdə tərəf və vasitəçilərin seçilməsində rəy və məsləhətlərin verilməsi. - fəaliyyət qabiliyyətli olmalı;
- qanunvericilikdən və rieltorların peşə etikasından irəli gələn öhdəlikləri vicdanla yerinə yetirmək;
- sifarişçiyə daşınmaz əmlak obyekti, onun mülkiyyətçisi və həmin əmlaka mülkiyyət hüquqları ilə bağlı qanuni əsaslarla əldə edilmiş dürüst və əhatəli məlumat verməyi bacarmalı;
- sifarişçi ilə bağlanmış müqavilə üzrə sifarişçinin sorğularını vaxtında cavablandırmalı;
- qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla rieltor fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olan məlumatları yaymamalı; 
- sifarişçilərdən fəaliyyətin həyata keçirilməsi məqsədi ilə alınmış sənədlərin mühafizəsini təmin etməli;

İş şəraiti:

- iş saatları saat 10:00-19:00-a kimi;
- iş günü 6 günlükdür;
- istirahər günü həftə içi 1 gün təşkil edir;

təminat;

- aylıq əmək haqqı rieltor tərəfindən qazanılmış məbləğin 50%-ni təşkil edir;
- telefon nömrələri və konturla təmin olunur;
- sürücü kateqoriyası və satışda yüksək təcrübəsi olan rieltorlar avtomobillə təmin oluna bilərlər (etibarnamə ilə idarə etməyə verilir. Amartizasiya və yanacaq xərcləri şirkət tərəfindən ödənilmir)

Apply

loading...