SƏDA Şirkətlər Qrupu

"Səda şirkətlər qrupu" Azərbaycan Respublikası Prezidentinin 30.04.2007-ci il tarixli fərmanına əsasən 24.02.2015-ci il tarixdən qeydiyyata alınmış çoxfunksiyalı bir şirkət olaraq fəaliyyət göstərir. "Səda şirkətlər qrupu"nun icra etdiyi funksiyalardan biri də bu şirkətin struktur bazasında kadrlarla məşğulluq agentliyinin fəaliyyət göstərməsidir. Kadrlarla məşğulluq agentliyinin əsas vəzifələri vətəndaşlarin işsizlik problemini həll etmək məqsədi ilə kadrların seçilməsi, potensiallı personal seçimi, səriştəli və bacarıqlı kadrların toplanaraq şirkət daxilində ehtiyyat kadr bazasının yaradılması, şirkətlərin təqdim etdiyi vakant vəzifələrin tələblərinə uyğun olan kadrların sifarişcilərə göndərilməsi, tərəfdaşların və distribyutorların axtarışı və potensiallı tərəfdaşlarla iş birliyi yaratmaqdan ibarətdir.